İyulun 25-də Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş baş tutacaq.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, ayrıca ikitərəfli danışıqlar da keçiriləcək.
XİN rəhbərləri Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını təhlil edəcək və Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2011-ci il və 23 oktyabr 2020-ci il tarixlərində əldə edilmiş üçtərəfli razılaşmaların icrasını aktivləşdirəcəklər. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, həll olunmamış məsələlərin həlli yollarının axtarılmasına xüsusi diqqət yetiriləcək.
Nazirlər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin digər əsas məsələlərini, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılmasını, Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasını, ictimaiyyətlə ekspertlər arasında təmasları, parlamentarilər arasında dialoqun başlanmasını müzakirə edəcəklər.
Bayramov və Mirzoyanla ikitərəfli danışıqlar zamanı siyasi, kommersiya, iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan və Rusiya-Ermənistan gündəliyinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.
Sabah Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olacaq
24
iyul
16:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat