İşğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilər uğrunda haqlı savaşımız zəfərlə başa çatdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməklə sülhə məcbur edildi. Artıq ölkəmizdə müharibə havasını qələbə sevinci əvəzləyib. Həyat normal axınınıa dönməyə başlayıb. Bu gün təhlükəsizlik məqsədilə qoyulan internet məhdudiyyəti də aradan qaldırıldı. İndi insanların bir çoxu komendant saatının nə vaxt aradan qaldırılacağını düşünür.
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, bu, hərbi vəziyyət rejimi ilə bağlı olan məsələdir:
“Bu gün ikinci gündür ki, əməliyyatlar başa çatıb. Ona görə komendant saatının ləğvi barədə danışmaq hələ tezdir. Çünki hazırda müdafiə sənayesi, mülki sənaye, nəqliyyat, rabitə, texnologiya - bütün resurslar münaqişə zonasına yönləndirilib. Bunun üçün hərbi vəziyyətin qüvvədə saxlanılması lazımdır. Bu ləğv olunduqdan sonra avtomatik olaraq resursların da münaqişə zonasına yönləndirilməsi dayandırılır. Nəticədə həmin ərazilərdə müəyyən çatışmazlıqlar yarana bilər”.
Ekspert “BakuPost”a açıqlamasında deyib ki, hərbi vəziyyətin ləğvi barədə məsələyə dekabrın əvvəlində baxılması mümkündür:
“Yəni ermənilər verilən cədvələ əsasən işğal altında olan ərazilərimizi tərk etdikdən və silahlı şəxsləri oradan çıxarandan sonra hərbi rejimin ləğvinə baxıla bilər. Çünki erməni tərəfi təqdim olunan cədvəli yerinə yetirmədiyi təqdirdə razılaşmanın şərtlərini pozmuş olur. Bu da yenidən hərbi əməliyyatların bərpası deməkdir”.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış razılaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam rayonunu, Qazax rayonunun işğal altında olan kəndlərini 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır.
Komendant saatı nə vaxt ləğv olunacaq? - AÇIQLAMA
12
noyabr
16:43

Qarabağ
KOMMENTLƏR
Bakıda polis komendant saatını pozan şəxsi atəş açaraq saxladı - VİDEO
Komendant saatı ilə bağlı növbəti müraciət!
Gürcüstanda komendant saatı elan olundu
“Ermənistan bütün şanslarını itirir” - General-mayor
“Pavel Qraçov nazir təyin olunduqdan sonra Ermənistan ciddi dəstək qazandı” - Rusiyalı hərbi ekspert
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat