Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbulla bağlı növbəti müsahibə elan edilib.
Penitensiar xidmətin kiçik rəis heyəti vəzifələri üzrə vakant ştat vahidlərinin zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə Müsabiqə Komissiyası müsahibə elan olunub.
Müsahibədə iştirak etmək istəyən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna müvafiq olaraq şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə xidmətdə qulluğa yararlı, əvvəllər məhkum edilməmiş, məhkəmə, prokurorluq, digər hüquq-mühafizə orqanları və ya başqa dövlət orqanlarında yol verdiyi nöqsanlara görə xaric edilməmiş, həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları cari ilin avqust ayının 7-dən sentyabr ayının 7-dək ərizə ilə Penitensiar xidmətə müraciət edə bilərlər. Ərizələri xidmətin elektron poçtu (https://penitensiar.justice.gov.az), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Nizami küçəsi 114 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.
Seçim zamanı ali təhsilli, kompüter və xarici dil biliklərinə sahib, boyu ən azı 175 sm olan, yaxın qohumları məhkum edilməmiş kişi namizədlərə, həmçinin Ədliyyə Nazirliyində həqiqi hərbi xidmət keçmiş şəxslərə üstünlük veriləcək.
Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə Penitensiar xidmətin internet səhifəsinin (http://penitensiar.justice.gov.az) “Xidmətə qəbul” bölməsində tanış ola bilərlər.
Penitensiar xidmət işçi axtarır
31
iyul
11:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat