Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.
Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb və prosesin iyulun 31-də saat 18:00-da yekunlaşacağı nəzərdə tutulurdu.
Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb
31
iyul
17:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat