Ölkəmizi avrokuboklarda təmsil edəcək komandalarımız bu həftə cavab oyunlarına çıxacaqlar.
Azərbaycan millisinin sabiq üzvü Cahangir Həsənzadə klublarımızın növbəti mərhələ şanslarını dəyərləndirib:
"Qarabağ" - "Rakuv" (Polşa) (İlk oyun: 2:3)
"Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl gözləntilərimiz fərqli idi. "Qarabağ"ın asanlıqla keçəcəyini düşünürdük. Amma hazırda komanda yenidən qurulur, oyunçuların bir qismi komandanı tərk edib. Düşünürəm ki, "Qarabağ" üçün ən çətin sınaqlardan biridir. Birinci oyunda gördük ki, zaman-zaman istədikləri kimi oynaya bilmirdilər, tempdən düşürdülər və tempi yüksəltmək üçün çox əziyyət çəkirdilər. Sonda məğlubiyyət komandanı ağır vəziyyətə saldı. Ancaq çətinliklə də olsa, "Qarabağ" cavab oyununda "Rakuv"un öhdəsindən gələcək. Ümumiyyətlə, "Qarabağ" oyundan-oyuna dinamikanı tuta biləcək".
RFŞ (Latviya) - "Sabah" (İlk oyun: 0:2)
"Sabah" komandası UEFA Konfrans Liqası matçında nəticə baxımından özünü yaxşı tərəfdən göstərdi. Avropa səhnəsində ilk mövsümündə müsbət nəticə və inamlı qələbə onlar üçün əlavə üstünlük təşkil edəcək. Ancaq oyun onu göstərdi ki, hər an nəticə dəyişə bilər. İkinci hissədəki oyun "Sabah"ın məşqçilər heyətinin qarşısına kifayət qədər suallar qoyur. Cavab matçına qədər o suallara cavab tapıb, rəqibi daha yaxşı analiz edib, lazım olan nəticəni əldə edə bilərlər".
"Neftçi" - "Jelezniçar" (Bosniya və Herseqovina) (İlk oyun: 2:2)
"Neftçi"dəki dəyişiklikləri nəzərə alsaq, demək olar ki, iki həftənin komandasıdır. Baş məşqçi, məşqçilər, ab-hava tam fərqlidir. Ancaq 2:2 hesabı nəticə baxımından ümid verir ki, ən azı birinci mərhələni keçə biləcəklər. Əslində çox çətindir. Çünki məşqçi yenidir, yeni futbolçular gəlib. Köhnə oyunçularla yenilərin bir-birinə uyğunlaşması üçün kifayət qədər vaxt lazımdır. İkinci oyun daha çətin olacaq. Çünki rəqib komanda da bunların hamısını sezir. Ancaq yenə də "Neftçi"nin mərhələni keçmək şansı var".
"Omoniya" (Kipr) - "Qəbələ" (İlk oyun: 3:2)
"Qəbələ" öz oyunu ilə sevindirdi. Bu klubda da bəzi dəyişikliklər oldu. Büdcə baxımından durumları o qədər də yaxşı deyil. Amma keyfiyyətli oyun göstərdilər. Bu vəziyyətdə belə yaxşı oyun sərgiləyəcəklərini gözləmirdik. Burada Elmar Baxşıyevin işini hökmən qeyd etmək lazımdır. Cətinliklərə baxmayaraq, komandası yaxşı oynadı. Fiziki durumları gözəçarpacaq qədər yaxşıydı. Hətta zaman-zaman rəqibi üstələyirdilər. Baş məşqçi oyun planında da yaxşı dəyişikliklər etmişdi. Təəssüflər olsun ki, nəticə baxımından yaxşı olmadı. Rəqib standart vəziyyətlərdən faydalanaraq qələbə çaldı. Amma növbəti oyunda "Qəbələ"nin mərhələ keçəcəyinə böyük ümidlər bağlayıram".
Qeyd edək ki, 2 avqust tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Rakuv" matç 20:00-da start götürəcək. Avqustun 3-də "Bank Respublika Arena”da baş tutacaq "Sabah"ın oyunu 20:00-da, 8-ci km stadionunda keçiriləcək "Neftçi"nin matç isə 21:00-da başlayacaq. Eyni gündə Kiprdə oynanılacaq "Omoniya" - "Qəbələ" matçının start fiti də 21:00-da çalınacaq.
Klublarımızın avrokubok şansları - Cahangir Həsənzadənin dəyərləndirməsi
01
avqust
17:01

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA