Tanınmış müğənni Vüqar Muradov Qarabağda gedən döyüşlərdə iştirakından danışıb.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən sənətçi “Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram, oxumaq üçün yox, vuruşmaq üçün gəlmişdim. Vətənə xidmət etmək şərəfdir, müharibə bitdi deyə paylaşdım şəkil, yoxsa paylaşmayacaqdım. Çünki söhbət vətəndirsə, qalanı təfərrüatdır, özünüzü qoruyun, hər şey yaxşı olacaq!” -,deyə yazıb.
Müğənni Vüqar Muradov da könüllü olaraq Vətən uğrunda döyüşlərə qatılıb və ön cəbhədə vuruşub. 

скачать dle 12.1