Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür.
Publika xəbər verir ki, onun 75 yaşı tamam olur.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə R. Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə epizodik rol oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.
Xalq artisti qeyd edib ki, 75 yaş onun üçün qocalıq deməkdir:
“Yaşadığım ömürdə sevincli günlərim qədər, kədərli günlərim də oldu. Bir ömür yaşadıq. Allah mənə sağlam ömür verdi. Şükürlər olsun ki, hələ də yaşayıb yarada bilirəm. Özümə arzum odur ki, Allah mənə nə qədər ömür veribsə, xəstələnməyim, ayaq üstə keçirim. Elə belə, söhbət edə-edə gedim o biri dünyaya. Ötən gün Prezidentimiz tərəfindən “İstiqlal” ordeni ilə təltif olundum. Ad günümü daha da özəlləşdirdi”.
Rasim Balayevin özü üçün arzusu: Xəstələnməyim, ayaq üstə keçirim
08
avqust
10:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat