Xalq artisti Mələkxanım Eyyubovanın bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Nəzrin instaqram hesabında xarici görünüşü ilə bağlı ünvanına səsləndirilən iradlara cavab verib.
İnstaqram hesabında “Make up” videosu paylaşan blogerə, izləyicilərindən biri “Bu yaşda alnınızda nə qədər qırış var, ay xanım” sözlərini yazaraq irad bildirib. Sosial şəbəkə istifadəçisinin bu fikirləri Nəzrini əsəbiləşdirib.
O yeni paylaşım edərək yazılan irada cavab verib:
“Prosedur etdirirsən, deyirlər üzünə etmədiyi şey qalmayıb. Heç nə etmirsən, onda da deyirlər üzündə nə qədər qırış var... Ona görə heç kimi dinləməyin. Necə istəyirsinizsə elə olun. İnsanlara görə yox, özünüzə görə öz qərarlarınızı verin. Zatən nə etsək də, yenə danışacaqlar, yenə də nəsə tapıb deyəcəklər”.
Onu da bildirək ki, Nəzrin Nəcəfova blogerliklə yanaşı, dizaynerliklə də məşğuldur.
скачать dle 12.1