Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər.
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideyinləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəkləridir:
"Uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideyinlər övladları üçün ölkə üzrə istifadə olunan məktəbli geyimlərindən də ala bilərlər. Bu, məcburi deyil və valideyinlərin öz arzusu ilə ola bilər. Cari il üçün hər iki geyim formasından istifadəyə ümumtəhsil məktəblərində icazə veriləcək. 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq olunan geyim formalarından istifadə məcburi olacaq", - məlumatda qeyd olunub.
Naxçıvanda şagirdlər hansı məktəbli formasından geyinəcək? - AÇIQLAMA
09
avqust
17:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat