Nazirlər Kabineti “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 23 avqust 2000-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları”na 1-1 nömrəli forma əlavə edilib.
Bundan başqa, Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 11 sentyabr 2000-ci il tarixli qərarında dəyişiklik edib. Ə.Əsədovun imzaladığı müvafiq qərara əsasən, bundan sonra notariat hərəkətlərinin aparılması zamanı Konstitusiya, “Notariat haqqında” qanun, digər qanunları, habelə “Notariat haqqında” qanuna zidd olmayan Nazirlər Kabineti və Ədliyyə Nazirliyi ilə yanaşı ölkə Prezidentinin də öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar və Təlimat rəhbər tutulacaq.
Bundan başqa, ərizə yazılı formada bilavasitə notariusun yanında imzalanaraq veriləcək, notarius tərəfindən ərizə üzərində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanacaq, həmçinin şəxsi gerbli möhürlə təsdiq ediləcək və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmayacaq.
Nazirlər Kabineti notariat hərəkətləri ilə bağlı qərarlar verib
10
avqust
18:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat