İşğal altında qalan ərazilərimizin düşməndən azad edilməsi prosesi başa çatmaq üzrədir. Proses tam başa çatdıqdan və Dağlıq Qarabağda yaşayış təmin edildikdən sonra 30 ilə yaxın müddətdə öz dədə-baba yurdundan məcburi şəkildə köçkün düşmüş şəxslər həmin yerlərə qayıdacaqlar. Bu dövr ərzində məcburi köçkünlərin böyük əksəriyyəti isə Azərbaycan dövləti tərəfindən mənzillərlə təmin olunub. Həmin evlərin geri alınıb-alınmayacağı hazırkı situasiyada hər kəsi düşündürür.
Mövzu ilə bağlı danışan Vəkillər Kollegiyasının üzvü Zaman Səmədov qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərə verilən həmin mənzillər müvəqqəti istifadə üçün nəzərdə tutulmuşdu:
“O evlərin heç biri alqı-satqı, hər hansı bir özgəninkiləşdirmənin obyekti kimi çıxış edə bilməzdi. Cənab Prezident və xanımı hərbçilərlə görüşəndə dəfələrlə bildirdilər ki, hərbi qulluqçulara, yaralılara və şəhid ailələrinə mənzillər veriləcək. Düşünürəm ki, əsasən bu evlər nəzərdə tutulur. Onu da nəzərə almaq lazımdır ki, müəyyən vaxtdan sonra Azərbaycan Ordusunda xidmət edən, haqqı olan şəxslərə də ev verilməlidir. Bu prosesin hansı mexanizmlə tənzimlənəcəyi isə hələlik dəqiq deyil”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, “Qaçqınkom” məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsinin könüllülük əsasında aparılacağını bildirib. /Bakupost
Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama
14
noyabr
20:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat