"Ermənistanın yaratdığı separatçı rejimi müstəqil subyekt kimi qəbul edən yeganə dövlət Fransadır. Onun parlamentinin hər iki palatasıdır. Fransa hakimiyyətinin bütün qolları ermənipərəst mövqedə dayanıb".






Bu fikirləri millət vəkili Elman Nəsirov deyib.

O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı fəaliyyəti gecə-gündüz davam edir. Makron açıq-aşkar şəkildə Ermənistanı dəstəkləyir:


“Hesab edirəm ki, Fransanın Cənubi Qafqazdakı sülh quruculuğu prosesində iştirakına imkan verilməməlidir. Çünki bu iştirak mövcud qəliz vəziyyəti, regionda müharibəyə çevirə bilər. Fransanın fəallaşması üçüncü Qarabağ müharibəsini labüd edə bilər. Bu ölkənin bölgəmizə vəd etdiyi siyasət sülhün və təhlükəsizliyin təmin olunmasına deyil, qarşıdurma, ziddiyyətlərin daha da kəskinləşməsinə xidmət edir”.скачать dle 12.1