Hərbi vəziyyət elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejimini pozan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə "Saxla" işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib.
Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü - Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunub.
Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunublar.
Cəbrayılda komendant rejimini pozan şəxslər saxlanılıb
16
noyabr
13:35

Qarabağ
KOMMENTLƏR
Bakıda polis komendant saatını pozan şəxsi atəş açaraq saxladı - VİDEO
Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
Qusarda qumar oynayanlar saxlanılıb - FOTO
Karantin rejimini pozub futbol oynadılar
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər