Naxçıvan şəhər İcra Hakimiyyətində yoxlamalar aparan Hesablama Palatası 5 milyon manatdan artıq yeyinti aşkarlayıb. Yoxlamalar 2021/22-ci illəri əhatə edir. Həmin dövrdə adı keçən icra hakimiyyətinə hazırkı başçı Mirsənani Seyidov rəhbərlik edib. O, 2018-ci ildən bu vəzifədədir.
Mirsənani Seyidov ötən ay iki müavinini vəzifədən uzaqlaşdırıb. DİA.AZ bildirir ki, icra hakimiyyətindəki mənbənin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, milyonlarla yeyintinin məsuliyyətinin məhz işdən çıxarılan bu şəxslərin üzərinə atılacağı ehtimal olunur.
Palatadan verilən məlumata görə isə, yoxlamalar zamanı 1.792.167 manat məbləğindən artıq və qanunsuz əmək haqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.
Auditlə həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.
Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq, müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb. Bu materiallar əsasında icra hakimiyyəti vəzifəlilərinə qarşı cinayət işinin açılacağı gözlənilir.
Naxçıvanda YENİ HƏBSLƏR GÖZLƏNİLİR... - Yeyilən milyonlar KİMİN AYAĞINA YAZILIR?..
19
sentyabr
12:20

Qarabağ
KOMMENTLƏR
- Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
- Avtobuslarda cibgirlik edənlər tutuldu
- Putin Ermənistana gedir?
- Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub
- Stoltenberq Ukraynaya getdi
- Yeni doğulan körpəni zibilliyə atdılar
- Çin istehsalı olan adapter yandı, ata və qızı öldü
- Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək
- Qadının intiharına görə tanışı tutuldu
- Poliklinikanın binası əxlaqsız yuvasına çevrildi– Rəsmi qurumlar nə deyir?
- Qarabağı tərk edən ermənilərin sayı 70 mini ötdü - YENİLƏNİB
- Hikmət Çətin İlham Əliyevi təbrik etdi
- Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi: “Təslim olun,sizi öldürən deyilik”
- “Doğulduğum Xankəndiyə gedib...” - Fəxrəddin Manafov
- iPhone 15 üçün "mübarizə" - Müştərilər arasında insident yaşandı
- Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib - 3 uşaq ölmüşdü
- Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
- Ziyarətgaha hücum edən şəxsə edam cəzası verildi
- Rusiya Paşinyanın üstünə “xüsusi təyinatlıları” göndərdi: Moskvada verilən hökm
- Zənginlik potensialı ən yüksək olan BÜRCLƏR
- Rəisi: Qarabağ Azərbaycanın ərazisidir, amma...
- İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı AÇIQLANDI
- Mətbəxindən 14 cəsəd çıxan qatil özünü belə müdafiə etdi
- Saxta kampaniyalar və mesajlarla bağlı XƏBƏRDARLIQ
- Qız üstündə DAVA: Ölənlər var
- Prezident iclasın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
- Koronavirusun yeni ştamı sərhədimizə çatdı - 9 nəfər yoluxdu
- Hamilələr bu xəstəliklərlə bağlı genetik testdən keçəcək
- Xocalıda erməni təxribatının qarşısı alındı
- Baş nazirdən iki xəstəliklə bağlı qərar
- Gənc qızlar bir-birini qucaqlayaraq 15-ci mərtəbədən atıldılar
- Qonaq getdiyi evdə 7 yaşlı oğlunun boğazını kəsdi
- Putin Paşinyanın zəngini cavabsız qoyub
- Bu il narkotiklə bağlı nə qədər cinayət faktı aşkarlanıb?