Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ziya Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, prosesdə auditor Mahir Əzizov ifadə verib. O bildirib ki, Siyəzən Broylerdə audit aparıb: "Müraciət əsasında audit apardıq. Məlum oldu ki, şirkətdə 69 min manat çatışmazlıq var".
Məsələyə münasibət bildirən təqsirləndirilən şəxs bildirib ki, şirkətdə aşkarlanan ümumi çatışmazlıq onun üzərinə atılıb.
Xatırladaq ki, Siyəzən Broyler" ASC-yə qarşı külli miqdarda mənimsəmə olub.
Araşdırmalar zamanı ASC-nin anbardarı Ziya Qurbanov şirkətin pulunu mənimsəmə yolu ilə ələ keçirdiyi məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülür.
"Siyəzən broyler" şirkətində külli miqdarda yeyinti aşkarlandı — MƏHKƏMƏ
19
sentyabr
15:12

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər