Koma - gedən proseslər nəticəsində müxtəlif maddələrlə orqanizmin daxili zəhərlənməsi və sinir sisteminin, beyin qabığının zədələnməsidir. Bu zaman insanın huşu gedir. Koma qan təzyiqinin aşağı olması, böyrək funksiyasının pozulması, orqanizmdə gedən müxtəlif ağır proseslər, xərçəng, müxtəlif dərman preparatları, psixatrop dərmanların artıq dozları və bu kimi çoxsaylı səbəblərdən ola bilər.
Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Adil Qeybulla bildirib ki, hər bir koma vəziyyətində proqnoz fərqlidir:
"Komanın da orqanizmin reflekslərinin nə dərəcədə saxlanmasından asılı olaraq dərəcələri var. Dərin komada reflekslər tam itə bilir. Həmçinin, proqnoz xəstəliyin gedişindən də asılı olur. Ola bilər ki, xəstə komaya girsin və sonra vəziyyəti getdikcə ağırlaşsın. Yaxud əksinə, komadan tez bir zamanda ayılsın. Bu, əsasən, qaraciyər mənşəli komalarda müşahidə olunur və xəstələr düzgün müalicə alarsa, bu vəziyyətdən çıxa bilirlər. Lakin elə situasiyalar var ki, xəstəni komadan çıxarmaq tibbin əlində deyil. Xəstənin ayılması onu komaya salan maddənin aşırı dozası, orqanizmdə gedən prosesin dərinliyi kimi hallardan asılıdır. Komaya düşən xəstə bir neçə günə, yaxud 1 ilə də ayıla bilər. Belə ki, bu, orqanizmin özünü bərpasından və beyin qabığının bu məsələyə nə dərəcədə reaksiya verməsindən asılıdır".
O əlavə edib ki, insanların komaya düşməsi ağır iş rejimindən irəli gəlmir, bu halda yalnız ürəkkeçmələr, kollaptoid vəziyyətlər ola bilər.
A.Qeybulla millət vəkili Qənirə Paşayevanın sağlıq durumu ilə bağlı da danışıb:
"Qənirə xanımı müayinə etmədiyimə görə bu barədə dəqiq fikir deməyim çətindir. Ancaq onun evdə belə ağır vəziyyətdə komaya düşməsi göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Neçə gündür hər cür yüksək ixtisaslı həkimlər onun səhhətini diqqətdə saxlayırlar. Həmçinin, dövlət səviyyəsində hər cür yardımlar göstərilir. Buna baxmayaraq, səhhətində hələlik irəliləyişin olmaması vəziyyətin ciddi olduğunu bir daha təsdiqləyir. Bütün halda Qənirə xanıma şəfa diləyirəm.
Qənirə xanımın komadaykən müalicəsinin davam etdirilməsi onun ayılma ehtimalının həmişə olduğunu göstərir. Müalicənin əsas hədəfi də məhz komadan tez bir zamanda mümkün qədər itkilərsiz ayılmasıdır. Amma bunun nə dərəcədə nəticə verəcəyi onu komaya salan səbəbdən və həmin müddət beyin qapağının nə dərəcədə əziyyət çəkməsindən asılıdır".
Həkimdən Qənirə Paşayeva ilə bağlı AÇIQLAMA: Koma səbəbi…
27
sentyabr
10:52

Qarabağ
KOMMENTLƏR
Xüsusi karantin rejimi nə vaxt ləğv ediləcək? – AÇIQLAMA
Azərbaycanda koronavirusun son mübarizəsi - Hansı qadağalar olacaq? - AÇIQLAMA
Ən azı 20 gün sərt karantin: Vəziyyət gərginləşir…
Koronalı xəstələr xəstəxanalara rüşvətlə yerləşdirilir? - Adil Qeybulla danışdı
Eyni adda dərmanlar müxtəlif qiymətə satılır – Səbəb nədir?
- “Cənubi Qafqazı “ukraynalaşdırmağa” çalışırlar” – Elman Nəsirov
- Blinken Hakan Fidanla Qəzzanı müzakirə edib - YENİLƏNİB
- İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası Türkiyəyə F-35-lərin verilməsindən asılıdır
- Rusiyada keramikalı zirehli jiletin yaradıcısı ölüb
- Çox yatmaq təhlükəlidir – Alimlər açıqladı
- Narahatedici vəziyyət: Bu virus ilk dəfə bir insanda tapıldı
- Simonyan: Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq
- Sabah üç rayonda qaz olmayacaq
- Çində daş kömür şaxtasında qəza olub, ölənlər var
- İrəvan Qazaxın 7 kəndini Bakıya qaytarmağa hazır olduğunu AÇIQLADI
- Falçı Afaq...
- Argentinanın yeni prezidenti dinini dəyişir
- Ağalı kəndində həyat canlanır - VİDEO
- İsveçrə Prezidenti Ukraynaya gəldi
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Fransa liqasında yenilik
- Papa Fransisk: Heç bir müharibə insan itkisinə dəyməz
- İtaliyada leysan yağışları və daşqınlar fəsadlar törədib
- Gürcüstan DTX insan alveri və terrorla əlaqəsi olan iki xarici vətəndaşı saxlayıb
- "Azərbaycan UNESKO-nun mandatının səmərəli həyata keçirilməsinə töhfə verir" - XİN
- Yaş yarımlıq qızı "Ural" əzib öldürdü - ürəyi zəif olanlar baxmasın - VİDEO
- Türkiyə Prezidenti: İsveç PPK-ya qarşı heç bir addım atmayıb
- Azərbaycan XİN Polşanı təbrik edib
- Ərdoğan: Qarabağ uğrunda müharibədə göstərdiyimiz həmrəylik birliyimizin ən böyük sübutu oldu
- Keçmiş prezident həbsxanadan qaçırıldı
- İtaliyada binada partlayış: biri ağır olmaqla, 31 nəfər xəsarət alıb