Bu gün 19 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi rayonunda törədilən geniş miqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərkisilah edilərək ərazilərimizdən çıxarılması məqsədi ilə aparılan antiterror əməliyyatı zamanı şəhid olan əsgərlərimizin siyahısı açıqlanıb.
192 şəhid arasında ən gənci İsmiyev Zeynal Mustafa oğludur.
02.07.2005-ci il təvəllüdlü Zeynal İsmiyev Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbi bitirib. Məktəbin 2021-2022-ci il məzunu olan şəhidimiz daha sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub. O, kollecin "Turizm işinin təşkili" ixtisası, 565 saylı qrup tələbəsi olub. Şəhid Kooperasiya liseyində təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. O, Xocavənd istiqamətində qəhrəmancasına şəhid olub.
Lənkəran şəhərindən olan 18 yaşlı qəhrəman Zeynal Mustafa oğlu İsmiyev sadəcə 2 ayın əsgəri olub.
Şəhidimzi Suraxanı rayonundakı Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, şəhidimizin vida və dəfn mərasimində yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, oxuduğu məktəbin və kollecin rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər.
Allah rəhmət eləsin!
Antiterror əməliyyatının ən gənc şəhidi
27
sentyabr
13:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat