Bu gün səhər saat 10:00-a olan məlumata görə, Qarabağı tərk edən ermənilərin ümumi sayı 66500 nəfərdir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın müavini Tiqran Xaçatryan hökumətin bu gün keçirilən iclasında deyib.
"Biz hər hansı ehtiyacla bağlı müvafiq orqanlarımıza müraciət edən şəxslərin müəyyən edilməsi üzərində işləyirik", - deyə Xaçatryan qeyd edib. 

Qarabağdan könüllü şəkildə köçən ermənilərin sayı 65 min nəfəri keçib. 
Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesabında yazıb. 
Onun sözlərinə görə, sentyabrın 28-i səhər saat 08.00-a olan məlumata görə, 65 036 nəfər Laçın dəhlizindən keçərək Ermənistana daxil olub. скачать dle 12.1