“Bu gün Ermənistan və Azərbaycan arasında hətta potensial vasitəçi kimi Fransaya olan etibarımız sıfıra bərabərdir”.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “FranceInter” radiosuna müsahibəsində deyib.
“Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana hədsiz dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kim hətta nəzəri cəhətdən Parisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün ən azı müəyyən qədər faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil. Tam tərsi”, - deyə o vurğulayıb.
Əmirbəyov əlavə edib ki, Parisin erməni maraqlarını fədakarlıqla müdafiə etmək öhdəliyinə son açıq sübut Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanla hərbi-texniki əməkdaşlığı yeni keyfiyyət müstəvisinə çıxarmaq, o cümlədən de-fakto müttəfiqinə silah və hərbi texnika tədarükünün başlanması oldu.
“Fransanın bu cür düşüncəsiz addımı nəinki onun “sülhməramlı” kimi cilovsuz ambisiyalarını puça çıxarır, həmçinin, Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və yeni təcavüzə sövq edərək regionu hərbi qarşıdurmanın yeni təhlükəli səviyyəsinə çıxarır.
"Fransaya etibarımız sıfırdır" - Prezidentin nümayəndəsi
06
oktyabr
12:01

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu