Moskva vilayətində 2003-cü ildə azərbaycanlı tərəfindən törədilən qətlin təfərrüatları üzə çıxıb.
Lent.az xəbər verir ki, cinayətin səbəbi iki qrup arasında təsir dairələrinin yenidən bölüşdürülməsi və iş adamlarından pul alınması ilə bağlı münaqişə olub. İstintaqın məlumatına görə, Qalib Yusubov Zirin adlı şəxsi aldadaraq iş otağına aparıb və orada bir neçə killer növbə ilə sahibkarı güllələyib. Sonra cəsədi xalçaya bükərək hadisə yerindən çıxarıb və Puşkinski rayonundakı meşədə basdırıblar.
Sözügedən qətlin üstü 1999-cu ildə törədilmiş digər cinayət işinin istintaqı çərçivəsində açılıb. İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiyin sözlərinə görə, şəxs artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi “g” bəndi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, xeyriyyəçi Qalib Yusubov Azərbaycanın Qazax rayonundandır. və 1982-ci ildə Rusiyaya köçüb. Güləşlə, əlbəyaxa döyüşlərlə fəal məşğul olub, İdman Akademiyasını bitirib. Onun dostları arasında bir çox məşhur idmançılar və müxtəlif döyüş sənətlərinin ustaları var.
Məşhur azərbaycanlı iş adamı HƏBS EDİLDİ - SƏBƏB
24
oktyabr
14:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat