Müğənni Nurlan Əzizbəylinin oğlu Mehran hərbi xidmətə yollanır.
Bu barədə ifaçı sosial şəbəkə hesabında bildirib. 
"Canım oğlum, ürəyim, nəfəsim, arxa dayağım, Mehranım! Bu gün hərbi xidmətə yola düşursən. Yolun açıq olsun. Sağ-salamat gedib-qayıdasan. Xətadan, bəladan uzaq olasan. Gözümün nuru!" - deyə, Nurlan, qeyd edib. 
Xatırladaq ki, Nurlan Əzizbəyli ötən ilin iyununda oğlu Mehranın universitetə qəbul olduğunu açıqlamışdı. 



 
скачать dle 12.1