"Son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər".
Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bunun da 70 %-i son iki ilin payına düşüb: “Növbəti dövrlərdə bu say daha da artacaq”.
S.Babayev qeyd edib ki, işsizlikdən sığorta alanların staj müddəti azaldılır: “Cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək. Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq.
İşsizlikdən sığorta mexanimzinin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildə əhatə olunan şəxslərin sayını biraz da artıra biləcəyik”.