Böyük Britaniyanın ən yaşlı sakinlərindən biri 107 yaşını qeyd edib və uzunömürlülüyün sirlərini bölüşüb.
Bu barədə BBC məlumat yayıb.
Qledis Kitli 1916-cı il oktyabrın 25-də Kembricşir qraflığının Prikvillou kəndində anadan olub. İngilis qadın bir müddət Londonda yaşayıb, orada dayə işləsə də, sonradan evinə qayıdıb və qocalığa qədər orada qalıb.
Qledis yerli həkimin xadiməsi olub. 1940-cı ildə o, 62 il evli olduğu Stenli adlı südçü ilə evlənib. Qledisin 74 yaşında olan Sue və 80 yaşlı Canetiki 2 qızı var.
Təqaüdə çıxdıqdan sonra qadın aktiv həyat tərzi sürməyə davam edib. O, əksəriyyəti özündən 20 yaş kiçik olan yerli sakinlərə ərzaq çatdırıb. 80 yaşında Qledis müntəzəm olaraq velosiped sürüb. 107 yaşlı britaniyalı qadının dediyinə görə, uzunömürlülüyünün səbəblərindən biri də siqaret və spirtli içkilərdən imtina etməsidir. Sue isə anasının uzun ömür sürməsinin sirri kimi sevimli məhsulunu - "Weetabix lopasını" adlandırıb. Qadın bildirib ki, Qledis uzun illər hər gün səhər yeməyindən bir porsiya yeyib.
İndi britaniyalı qadın Doddinqton kəndindəki qocalar evində yaşayır. Burada o, yaxınları ilə birgə növbəti ad gününü qeyd edib. Suenin sözlərinə görə, anası hazırda Kembricşirin ən yaşlı sakinidir.
107 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqladı
06
noyabr
16:48

Qarabağ
KOMMENTLƏR
Qadın sevgilisi ilə birləşib ərini öldürdü
Türkiyəli nazirin “Togg” maşınına minən yaşlı qadın gündəm oldu: “O biri dünyada soruşsalar...”
106 yaşını qumarxanada qeyd etdi
"Qledis ana..." - Van Dammın azərbaycanlı gəlinindən qayınanasına təbrik - FOTOLAR
Çox yaşamaq üçün nə etməli? - 102 yaşlı qadından açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat