Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən daha bir nəfər müəyyən edilib. Nəticədə əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törətməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. S.Mustafayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədiilə özündə saxladığını bildirib.
Faktla bağlı Polis Şöbəsində arşadırmalar davam etdirilir.
Nizami rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb
07
noyabr
11:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat