Himayədar valideynlərin vəzifələri müəyyənləşib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarına əsasən “Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə forması”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, himayədar valideynlərin vəzifələri aşağıdakılardır:

- mütəmadi olaraq Agentlik tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək;

- uşağı tərbiyə etmək, onun fiziki və psixi, mənəvi və əxlaqi inkişafının, sağlamlığının qeydinə qalmaq, uşağa ailə mühitində qayğı və nəzarəti təmin etmək;

- uşağın himayədar ailədə qaldığı müddətdə Agentliyin məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün əməkdaşlıq etmək;

- uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək zərurəti yarandıqda (şəxsi, ailə, istirahət, müalicə, təhsil) Agentliyin razılığını almaq;

- Agentliyin razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq;

- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmək və təsdiqedici sənədləri Agentliyə təqdim etmək;

- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmədikdə müavinətin məbləğini geri qaytarmaq.скачать dle 12.1