"WhatsApp" tərtibatçıları yeni funksiyanın – böyük qruplar üçün səsli söhbətin istifadəyə verildiyini elan ediblər.
Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Bildirilir ki, yenilik istifadəçilərə çox sayda həmsöhbətlə real vaxt rejimində səsli mesajlaşmağına imkan verəcək.
"WhatsApp"da səsli söhbətlər "Clubhouse", "Telegram", "Discord" və "Slack"də oxşar xidmətlər prinsipi ilə işləyir.
Səsli ünsiyyətə başlamaq üçün kiməsə zəng etmək və ya zəngə cavab gözləməyə ehtiyac yoxdur. Sadəcə ekranın yuxarısındakı xüsusi düyməni sıxıb söhbətə qoşulmaq lazımdır.
İstifadəçilər ehtiyac olduqda mikrofonun səsini söndürə və ya səssizə ala, söhbəti tərk edə və ya geri qayıda, zəngi kəsmədən eyni çatda mətn mesajları yaza bilərlər.
Qeyd olunur ki, səsli mesajlar başdan-ayağa şifrələmə ilə qorunur və bütün iştirakçılar söhəti tərk etdikdə və ya bir saat ərzində heç kim söhbətə qoşulmadıqda avtomatik olaraq bağlanır.
Xüsusiyyətin təqdimatı artıq davam edir və bütün "WhatsApp" istifadəçiləri üçün gələcək dövr ərzində əlçatan olacaq.
"WhatsApp"da daha bir yeni funksiya: Bundan sonra istifadəçilər...
14
noyabr
14:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat