Aktyor Bred Pitt aktrisa Ancelina Colidən boşandıqdan sonra ilk dəfə olaraq yeni dizayner sevgilisi İnes de Ramon dostları ilə tanış edib.
Bu barədə aktyorun dostları "People" nəşrinə danışıblar.
Onların sözlərinə görə, cütlüyün münasibəti əla davam edir.
"Bu, Bredin boşandıqdan sonra ilk ciddi münasibətidir. O, Ramonu sevgilisi kimi təqdim edir, - deyən mənbə Pittin hazırda xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki, 2022-ci ilin noyabrında ilk dəfə Bred Pitt və İnes de Ramon arasında sevgi münasibəti haqqında şayiələr yayılıb. Cütlük Bononun Los-Ancelesdəki konsertində, daha sonra isə aktyorun yeni "Babil" filminin premyerasında görüntülənib.

скачать dle 12.1