Xudat-Quba yolunda qəza olub.

Yolun Xaçmaz rayonunun İdrisoba kəndi yaxınlığından keçən hissəsində "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı qoz ağacına çırpılıb. Nəticədə avtomobildə olan 24 yaşlı Coşqun Mirzəyev və 34 yaşlı Tərlan Kərimov müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1