Azərbaycan tərəfi Sankt-Peterburq sakinlərinə hücum edən dəstənin rəhbəri Tural Məmmədovu Rusiya Baş Prokurorluğuna ekstradisiya edib.
Bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Onun ekstradisiyası barədə qərar Rusiya tərəfinin müraciəti əsasında qəbul edilib. Məmmədov xuliqanlıqda və zor tətbiq etməklə milli zəmində nifrət və düşmənçilikdə ittiham olunur.
İstintaqın məlumatına görə, oktyabrın 15-də o, silahdaşları ilə birlikdə Sankt-Peterburqda ticarət və əyləncə mərkəzinin yaxınlığında ictimai şəkildə zorakılığa çağırıb və yoldan keçənləri döyüb.
Qrupun bir neçə üzvü tutulduqdan sonra Məmmədov hüquq-mühafizə orqanlarından gizlənib. O, Rusiya Baş Prokurorluğu adından beynəlxalq axtarışa verilib. Koordinasiyalı tədbirlər nəticəsində Məmmədov Azərbaycan ərazisində saxlanılmışdı.
Tural Məmmədov Rusiyaya ekstradisiya edildi
15
noyabr
16:00

Qarabağ
KOMMENTLƏR
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən azad etdi
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....