Hər bir ana övladının xoşbəxt olmasını istəyir, lakin onu bu şəkildə böyütmək ən asan iş deyil.

Xarici KİV xəbər verir ki, italiyan psixoloq və iki uşaq anası Tatyana Dangeli qadınlara uşaqlarını xoşbəxt və şən böyütməyin sirrini bölüşüb. 

Psixoloqun fikrincə, analar bunalara diqqət yetirməlidir:

Uşağı olduğu kimi qəbul etmək  - o, ən yaxşısıdır və ana üçün onda heç bir çatışmazlıq yoxdur;

Həmişə onun tərəfini tutmaq - uşaq səhv etsə belə, ana onu müdafiə edir;

Onun nailiyyətləri ilə diqqəti cəlb etmək - əsas diqqət uşaqların səhvlərinə deyil, uğurlarına verilir;

Uşaqları ilə vaxt keçirmək - ilk növbədə öz rahatlıqlarını düşünürlər;

Valideynlər üzərlərinə düşən məsuliyyətləri bölüşürlər - İtaliyada bir ata asanlıqla ananı əvəz edə bilər, ondan uşaqla bağlı kömək istəməyə belə ehtiyac yoxdur. 

скачать dle 12.1