Gəncədə qadını minik maşını vurub.

Hadisə şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, "Renault Megane" markalı minik maşını yolu keçmək istəyən 1953-cü il təvəllüdlü Ruqiyyə Babayevanı vurub.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1