Paytaxtın Nizami rayonunda qanunsuz fəaliyyət göstərən çörək istehsalı müəssisəsi aşkarlanıb.
Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Ələsgərova Güllü Bəhlul qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə divar və tavan səthlərinin tamlığının pozulduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal məhdudlaşdırılıb.
Qanunsuz fəaliyyət göstərən çörək istehsalı müəssisəsi aşkarlandı
20
noyabr
13:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat