Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib.
Bu barədə Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sözügedən humanitar yükə 900 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator məntəqələri daxildir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tədarük etdiyi yardımı daşıyan 23 TIR-dan ibarət yük avtomobili karvanı bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Ölkə başçısının yuxarıda qeyd olunmuş Sərəncamı ilə Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7.6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, sözügedən humanitar yardımın birinci hissəsi cari ilin 30 oktyabr tarixində Ukraynaya göndərilib.
Elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya yola salınıb
21
noyabr
15:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat