Türkiyə mətbuatında aktyor Engin Altan Düzyatanın artıq Türkiyəni tərk edərək BƏƏ-yə köçəcəyi ilə bağlı xəbərlər yer alıb.
Aktyorun həyat yoldaşının bacısı Aslışah Alkoçlar əri Kaan Demirağla uzun müddətdir Dubaya köçərək orada yaşayırlar.

Tez-tez bacısnın ailəsini ziyarət edən Neslişah da həyat yoldaşı Engin Altanla bura köçmək qərarına gəlib. Aktyor uşaqlarının burada daha yaxşı təhsil ala biləcəyi üçün arvadının qərarına hörmətlə yanaşıb.

Deyilənlərə görə, cütlük bu dəfə Dubaya səfərləri zamanı orada bir neçə malikanənin qiyməti ilə də maraqlanıb. 
Məlumat üçün bildirək ki, Engin Altan Düzyatan məşhur ktrisa Hülya Koçyiğitin nəvəsi Neslişah Alkoçlarla evlidir. 
скачать dle 12.1