Ermənistanda dünya standartlarına uyğun ali məktəb yoxdur.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı deyib.
Baş nazir Ermənistan ali təhsil müəssisələrində təhsilin səviyyəsini tənqid edib:
“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun - nə erməni, nə beynəlxalq, nə də özəl universitet var. Biz universitetlərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını elan etsək, bu o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün universitetlər bağlanmalıdır”.
Paşinyanın sözlərinə görə, erməni gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrumdurlar.
Ermənistan hökumətinin başçısı onu da əlavə edib ki, Ermənistanın yalnız bir neçə universiteti əcnəbi tələbələri cəlb edir.
Paşinyan: Ermənistanda dünya standartlarına uyğun ali məktəb yoxdur
23
noyabr
14:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat