HƏMAS-ın Qəzza zolağında əsir götürdüyü vətəndaşların azad edilməsi üçün humanitar atəşkəs 24 noyabr cümə gününə qədər təxirə salınacaq.
Bu barədə CNN-ə İsrail Milli Təhlükəsizlik Şurasının mənbəsi məlumat verib.
Məlumata görə, hərbi əməliyyatların dayandırılması “prosesin həyata keçirilməsinin kifayət qədər əhəmiyyətsiz detalları” səbəbindən ləngiyir. Digər tərəfdən bildirilir ki, gecikmənin səbəbi İsrailin HƏMAS-ın azad etdiyi ilk girovların adlarını hələ də almamasıdır.
Öz növbəsində Qətər Xarici İşlər Nazirliyi atəşkəsin yaxın bir neçə saat ərzində elan ediləcəyini iddia edir.
Dünən İsrailin baş naziri Benyamin Netanyahu sazişin tezliklə qüvvəyə minəcəyini açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, proses mürəkkəbdir və bir neçə mərhələdə baş verəcək.
Xatırladaq ki, HƏMAS və İsrail 50 israilli girov və 150 fələstinli qadın və uşağın azad edilməsi müqabilində Qəzza zolağında 4 günlük atəşkəs barədə razılığa gəliblər.
İsrail atəşkəsi təxirə saldı
23
noyabr
16:45

Qarabağ
KOMMENTLƏR
"Qəzza zolağında atəşkəs pozularsa, İsrail döyüşləri bərpa edəcək" - Netanyahu
İsrail və HƏMAS razılığa gəldiklərini təkzib edib
İsrail HƏMAS-la 3 günlük atəşkəs razılığına gəlib - KİV
Bayden Netanyahu ilə HƏMAS-ın əlindəki girovların azad olunmasını müzakirə edib
İsrail ordusu HƏMAS-ın 11 hərbi mövqeyini ələ keçirdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat