İsrail kəşfiyyatı adından Türkiyədə casusluq etdiyi aşkarlanan iki şübhəli həbs edilib.Şübhəlilərdən birinin İstanbul hava limanında tutulub. Türkiyədə yaşayan fələstinli proqram təminatı istehsalçısı Omar A. ilə iş görmək bəhanəsi ilə əlaqə saxlayaraq İsrail kəşfiyyatı adına casusluq etdikləri səbəbi ilə saxlanılan şübhəlilər Nikola Radonjic və Foad Osama Foad Hıjaz həbs edilib.

İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaqda Raed Qazzalın İsrail Kəşfiyyat Xidmətinə bağlı bir şirkət adına işlədiyi, Fələstinli proqram təminatı istehsalçısı Ömər A-nın isə Qazzaldan iş təklifi aldığı bildirilib.

İsrail kəşfiyyatı adına işlədiyi təsbit edilən şübhəli Nikola Radonjiçin iş təklifi ilə bağlı əlaqə saxladığı Fələstinli proqram təminatçısının sınaq məqsədiylə hazırladığı layihə qarşılığında Ömər A. ilə görüşmək üçün İstanbula gələrək pul köçürdüyü müəyyən edilib. İsrail Kəşfiyyat Xidmətinin vaxtaşırı bu üsulla insanlarla görüşdüyü və bu halda sözügedən şirkət vasitəsilə məlumatların toplandığı ortaya çıxıb.

İstintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan şübhəli Radonjiçin İsrail Kəşfiyyatı ilə əlaqəsi olduğu təsbit edilərək oktyabrın 7-də İstanbul Hava Limanında "hərbi və siyasi casusluq" ittihamı ilə saxlanılıb. Daha sonra həbs olunub.

Eyni istintaq çərçivəsində Türkiyədə İsrail kəşfiyyatı adına casusluq fəaliyyəti həyata keçirdiyi aşkarlanan Foad Osama Foad Hijazi-nin də həbs edilib.скачать dle 12.1