“Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri durmadan gərginləşdirir, onu dönüşü olmayan həddə çatdırır”.
Ermənistan KİV xəbər verir ki, bunu parlamentin “Mənim şərəfim” fraksiyasının katibi Tiqran Abramyan rəsmi İrəvanın son addımlarına, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.
Onun fikrincə, əsas problem iki ölkə arasında fikir ayrılığının olması deyil: “Müəyyən məsələlərə yanaşmada həmişə fərqliliklər ola bilər və bu təbiidir. Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti münasibətləri hər cür gərginləşdirir, münaqişəyə gətirib çıxarır və onu o həddə çatdırmağa çalışır ki, bundan sonra normal vəziyyətə düşmək mümkün olmasın”.
O qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinin fundamental səbəbi 2018-ci ildə hakimiyyət dəyişikliyi və N.Paşinyanın qəbul etdiyi və dəhşətli nəticələrə gətirib çıxaran siyasətidir.
T.Abramyan əmindir ki, münasibətlərin bərpası üçün potensial tükənməyib, lakin bu, nə istəyi, nə də iradəsi olmayan indiki Ermənistan hakimiyyəti dövründə baş verə bilməz: “Üstəlik, ideoloji baxımdan Ermənistan hakimiyyəti tamam başqa istiqamətdədir”.
Erməni deputat: “Hakimiyyət Rusiya ilə münasibətləri gərginləşdirir”
24
noyabr
11:47

Qarabağ
KOMMENTLƏR
Kreml Paşinyanın KTMT sammitinə qatılmaqdan imtina etməsinə münasibət bildirib
Zaxarova Ermənistan TŞ katibinin Moskvaya səfər yerinə İrəvanda ABŞ nümayəndəsini qəbul etməsinə münasibət bildirib
Ermənistan KTMT-dən qurtulmaq istəyir
"Bu, İrəvanın Moskva ilə münasibətlərinə ciddi ziyan vurur" - Zaxarova
Rusiya XİN-dən Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı açıqlama
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər