Rusiya və ABŞ arasında strateji sabitlik üzrə təmaslar hələ planlaşdırılmayıb.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, ehtiyac olsa da, hələ belə planlar yoxdur”, - deyə Kreml sözçüsü vurğulayıb.

Peskov Kremlin bu yaxınlarda keçirilən G20 sammitinin nəticələrini müsbət qiymətləndirdiyini də söyləyib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin sammitdə iştirak etməməsi qərarlara təsir etməyib.

“Həqiqətən də, Ukrayna məsələsi ilə bağlı mövqelər (G20 sammitinin iştirakçıları arasında - red) fərqlidir, müxtəlif ölkələr müxtəlif formulalarda istifadə etdilər, o cümlədən onlara cavab olaraq Putin də vəziyyətlə bağlə ətraflı qiymətləndirməsini verdi. Rusiya Prezidentini dinlədilər, Putin digərlərini dinlədi. Bu vacibdir. Bu, özlüyündə kifayət qədər əhəmiyyətli nəticədir", - deyə Peskov qeyd edib.

Putininin sözçüsü Baydenin tədbirdə olmamasının sammitin atmosferinə və yekun qərarlarına təsir edib-etməməsi ilə bağlı suala Kreml nümayəndəsi mənfi cavab verib.скачать dle 12.1