Türkiyənin həyata keçirdiyi "Pençe-Kilit" əməliyyatı bölgəsində törədilən terror aktı nəticəsində 3 hərbçi şəhid olub. 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb. 

Məlumata görə, daha 1 əsgər yaralanıb: "Piyada Astsubay Necdət Çalış, Piyada Müqaviləli əsgər Emrah Gündüz və əsgər Fevzi Kızıltaş şəhid olub".

Bölgədə əməliyyatlar davam edir.скачать dle 12.1