Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən etiraz aksiyası başlayıb.
Azvision.az xəbər verir ki, nümayişçilər İrəvanda parlament binasının qarşısındakı Baqramyan və Tiqran Metsi prospektlərini bağlayıblar.
Hər iki prospektdə vəziyyət gərgindir. Polis yolu açmağa çalışır və iştirakçıları saxlayır. Parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan, Qarabağdakı separatçı liderin sabiq müşaviri Tiqran Abramyan, keçmiş millət vəkili Mihran Akobyan və digərlər fəalların saxlanıldığı bildirilib.скачать dle 12.1