Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.
“Biz buna ümid edirik və baş verməsi üçün hər şey edəcəyik. Ermənilərlə azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaqlar və bir müddət sonra azərbaycanlılar gəlib Ermənistanda məskunlaşacaqlar”, - Simonyan qeyd edib.
Sülh müqaviləsində buna aid bəndin olub-olmaması ilə bağlı suala cavab verən Simonyan bildirib ki, orada belə bir bəndə rast gəlməyib.
“Sülh müqaviləsi bütünlüklə beynəlxalq prinsiplərə - ərazi bütövlüyünə, kommunikasiyaların açılmasına və s. əsaslanır”, - spiker fikrini yekunlaşdırıb.
Simonyan: Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq
28
noyabr
16:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat