Konsaltinq şirkəti “Interbrand Corp” dünyanın 100 ən dəyərli şirkətinin siyahısını tərtib edib.
Siyahıya “Apple” şirkəti liderlik edir. Brend 502,6 milyard dollar dəyərində qiymətləndirilir.
Məlum olub ki, “Apple” artıq on birinci ildir ki, reytinqdə birincidir.
İkinci yerdə dəyəri 316,6 milyard dollar qiymətləndirilən “Microsoft” şirkəti qərarlaşıb. “Amazon” (276,9 milyard dollar) və “Google” (260,2 milyard dollar) müvafiq olaraq üçüncü və dördüncü yerlərdə mövqelərini möhkəmləndirib.
İlk beşliyi keçən il olduğu kimi 91,4 milyard dollar dəyərində qiymətləndirilən Cənubi Koreyanın olan “Samsung” şirkəti tamamlayır.
“Toyota” 64,5 milyard dollar dəyərində dünya brendləri arasında altıncı yerdə qərarlaşıb. Yapon avtomobil istehsalçısı müvafiq olaraq yeddinci və onuncu yerdə qərarlaşan alman rəqibləri “Mercedes-Benz” (61,4 milyard dollar) və BMW (51,1 milyard dollar) avtomobillərini geridə qoyub.
Səkkizinci və doqquzuncu yerləri müvafiq olaraq “Coca-Cola” (58 milyard dollar) və “Nike” (53,7 milyard dollar) tutub.
Dünyanın ən dəyərli 100 şirkəti – SİYAHI
28
noyabr
18:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat