"Artıq yetər, məğlubiyyətini qəbul et, məsuliyyəti öz üzərinə götür, üzr istə və sakitcə çıx get".
Bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının sədri, deputat Artur Vanetsyan baş nazir Nikol Paşinyana müraciət edərək deyib.
Ermənistanın “5-ci kanal” televiziya kanalında çıxış edən A. Vanetsiyan bildirib ki, bu gün N.Paşinyan qorxu içində yaşayır, lakin Ermənistanın siyasi qüvvələri ona təminat verə bilərlər.
Jurnalistin “N.Paşinyan nədən qorxur” sualına partiya sədri maraqlı cavab verib. O qeyd edib ki, bu gün Ermənistanda xaos baş verir, ona görə də insanların başı şəxsi problemlərinə qarışıb. Bir müddətdən sonra Azərbaycanla hərbi əməliyyatlarda 5 min əsgərin ölümü, boş büdcə, aclıq və səfalət, koronavirus infeksiyasının geniş yayılması, beyəlxalq aləmdə müttəfiqinin olmaması insanları ciddi düşündürəcək. Bütün bunların günahkarı Paşinyandır. Ona görə də onun həyatı təhlükədədir. Bu günahlarla Paşinyanın hakimiyyətdə qalmağa çalışması insanlarda ikrah hissi oyadır". (Azərtac)
Qeyd edək ki, Ermənistanda 17 siyasi partiya N.Paşinyana müraciət ünvanlayaraq onun istefasını tələb edib. Hər gün Yerevanın küçələrində kütləvi aksiyalar keçirilir.
“Paşinyan qorxu içində yaşayır” - Artur Vanetsyan
20
noyabr
18:01

Qarabağ
KOMMENTLƏR
Paşinyana sui-qəsddə ittiham olunan şəxs sərbəst buraxıldı
“Arutunyanın bacısı Azərbaycanda yaşayır, istəsəniz görüşün” - İlham Əliyev
Ermənistanın "Vətən" muzdlu dəstəsi DARMADAĞIN EDİLİB
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Keçmiş xüsusi xidmət direktorunu hansı ölkə ələ almışdı? - ERMƏNİSTANDA YENİ QALMAQAL
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat