ABŞ mənə və İranın digər nümayəndə heyətinə viza verməkdə gecikdi.
Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında deyib.
“ABŞ mənə və İran nümayəndə heyətinə bu səhər viza verdi, ona görə də BMT Təhlükəsizlik Şurasının iclasında praktiki olaraq iştirak etmək mümkün olmadı”, - nazir vurğulayıb.
O, İran Prezidenti İbrahim Rəisinin bu həftə Ankaraya səfəri Qəzzadakı vəziyyət və atəşkəs prosesi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası səbəbindən təxirə salındığını diqqətə çatdırıb.
“BMT Təhlükəsizlik Şurasının iclasına üzv ölkələrin və İran kimi bəzi xüsusi ölkələrin xarici işlər nazirləri dəvət olunub. Həm mən, həm də türkiyəli həmkarım Hakan Fidan bu gün Nyu-Yorkda olmalı idik. Birinci prioritet Təhlükəsizlik Şurasının iclasıdır. Prezident Rəisi və Prezident Ərdoğan telefon danışığında Türkiyəyə səfərin bir neçə gün ərzində həyata keçirilməsi ilə bağlı razılığa gəliblər”, - Abdullahian qeyd edib.
İran XİN rəhbərinin vizası gecikib, ABŞ-a gedə bilməyəcək
29
noyabr
11:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat