Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının braziliyalı futbolçusu Neymar və model Bruna Byankardi qızları dünyaya gələndən bir ay sonra ayrılıblar. 

Xarici mediayanın xəbərinə görə, Bruna bu barədə “Instagram”da məlumat yayıb. 

“Bu, şəxsi mövzudur, lakin mediada hər gün müzakirə olunduğu üçün sizə bildirirəm ki, hazırda heç kimlə münasibətim yoxdur. Biz Mavinin valideynləriyik və bizi birləşdirən bütün bunlardır”, - Byankardi bu mövzunun daha az marağa səbəb olacağına ümid etdiyini bildirib.

Oktyabrın 7-də Neymar və Byankardinin Mavi adlı qızı dünyaya gəlib. 31 yaşlı futbolçunun əvvəlki münasibətindən 2011-ci il təvəllüdlü bir oğlu da var.
 скачать dle 12.1