Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu braziliyalı hücumçu Neymarla müqaviləni dayandıra bilər.
Bu barədə ITASportPress məlumat yayıb. Məlumata görə, komanda rəhbərliyi futbolçu ilə müqaviləni dayandırmaq imkanını nəzərdən keçirir. Məqsəd qış transfer pəncərəsində əcnəbi futbolçuların qeydiyyatına yer açmaqdır. “Əl-Hilal” futbolçunu sol cinah müdafiəçisi mövqeyinə dəvət etməyi planlaşdırır.
Xatırladaq ki, Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla matçda (0:2) zədələnmişdi. 31 yaşlı futbolçunun gözlənilən sağalma müddəti 10 aya qədər ola bilər. Beləliklə, Neymarın bu mövsüm bir daha meydana çıxmama ehtimalı yüksəkdir.
Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm braziliyalı Səudiyyə Ərəbistanı çempionatında 3 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.
Ərəb klubu Neymardan imtina edir
10
noyabr
10:58

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA