2023-cü ildə dünyada baş verənlərin tarixə qovuşmasına sayılı günlər qalıb. Bu il zəlzələlər, müharibələr və yanğınlar yaddaşlarımızda dərin izlər buraxıb. 
"Reuters"  2023-cü ildə dünyada baş verənləri fotolarda təqdim edir: 

2023-cü ilin unudulmaz hadisələrindən biri günlərlə davam edən casus şar böhranı olub. ABŞ hava məkanında bəzi həssas hərbi obyektlər üzərində uçan yüksək hündürlükdə olan şarın Çinə aid olduğu bildirilib. 4 fevral 2023-cü ildə ABŞ-nin Cənubi Karolina ştatındakı Surfsayd çimərliyində vurulan casus şarıokeana sürüklənib. Hava şarının kəşfiyyat məqsədi daşıdığı bildirilib. 

Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələlər on minlərlə insanın ölümünə və dağıntılara səbəb olub. 

FTX müştərilərinin 8 milyard dollardan çox pulunun itirildiyi və keçmiş CEO-nun bunu ört-basdır etdiyi və FTX investorlarını aldatdığı iddia edilən hadisə 2023-cü ilin ən diqqət çəkən hadisələrindən biri olub. FTX kriptovalyuta birjasının təsisçisi və keçmiş Baş İcraçı Direktoru (CEO) Sam Bankman-Fried, 30 mart 2023-cü il tarixində ABŞ-ın Nyu-York şəhərində Manhetten Federal Məhkəməsi qarşısında fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunub.
TACI TAKTI! Son dakika: İngiltere Kralı Charles taç taktı! İngiltere taç  takma töreni
Kraliça Elizabetin ölümündən sonra Çarlzın tacqoyma mərasimi təntənə ilə keçirilib. 70 ildən sonra ölkədə keçirilən ilk tacqoyma mərasimi  olaraq tarixə düşüb.  

Kanadada meşə yanğınları nəticəsində yaranan duman və tüstü Nyu-Yorka da təsir edib. Şəhərin səma xətti tüstüdən təsirlənsə də, insanlar qoruyucu maskalar taxıblar.  

İyulun 2-də Fransanın paytaxtı Parisin Nanterre şəhərində fransız polisi tərəfindən öldürülən 17 yaşlı Nahelin ölümündən sonra başlayan etirazlar sürətlə böyüyüb. Polislə etirazçılar arasında qarşıdurma artıb. Polis bölmələrinin, ictimai binaların və nəqliyyat vasitələrinin yandırıldığı ölkədə 10 şəhərdə gecə komendant saatı tətbiq edilib, bütün ölkə üzrə avtobus və tramvay hərəkətləri ləğv edilib, etirazları yatırmaq üçün zirehli texnika səfərbər edilib.

Meşə yanğınları bu il tez-tez dünyanın müxtəlif bölgələrinə təsir edib. İsveçrənin Valais kantonunda meşə yanğını da həmin hadisələrdən biridir. 

ABŞ-nin Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək səyləri ilə bağlı 13 ağır cinayətlə üzləşən keçmiş ABŞ prezidenti Donald Trampın kuboklu çəkilişi sosial mediada böyük əks-səda yaradıb və yumoristik paylaşımlara səbəb olub.
Bu dəfə Mərakeşdə baş verən 7 bal gücündə zəlzələ dünyanı silkələyib. Zəlzələ paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində insanların küçələrə çıxmasına səbəb olub, yüzlərlə insan həyatını itirib.

Ukrayna ilə Rusiya arasında gərginlik bu il də davam edib və müharibənin dağıdıcı təsiri bu şəkildə əks olunub...
İraqda toyda dəhşətli yanğın - » SenzoR.az
İraqın Mosul şəhərinin Hamdaniyyə rayonunda sentyabrın 26-da axşam saatlarında keçirilən toyda baş verən yanğında 113 nəfər həyatını itirib, ən azı 150 qonaq isə yaralı olaraq xilas edilib.

Zəlzələlər, yanğınlar, etirazlar davam edərkən yeni bir müharibə baş verib. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də səhər saatlarında başlatdığı hücumlar İsraildə şok effekti yaradıb. Fələstinli qruplar çox sayda İsrail əsgərini və bəzi mülki vətəndaşları əsir götürərək blokada altındakı Qəzzaya aparıb. Bundan sonra İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin HƏMAS-la müharibədə olduğunu açıqlayıb.  Və təəssüf ki,  müharibə bu gündə davam edir... 
скачать dle 12.1