Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə dağıntılara səbəb olub. Minlərlə insanın həyatını itirdiyi zəlzələlərdən sonra 10 əyalətdə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.
Dünyaca məşhur adlar Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələlərə səssiz qala bilməyiblər. Belə ki, Türkiyə üçün yardım çağıran Livan əsilli isveçli müğənni Maher Zain Kahramanmaraşa gələrək zəlzələdən zərərçəkənlərə yardım işlərində iştirak edib.
O, bu barədə "Instagram" hesabında paylaşım edib. Şəhərin mərkəzində olduqlarını və bir çox binanın dağıldığını qeyd edən Zain, "Bura böyük zəlzələnin episentridir. Yüz minlərlə insan evsiz qalıb.. Bacardığımız qədər kömək etməliyik", - deyə çağırış edib.
Daha əvvəl sosial media hesabında ianə kampaniyalarına dəstək verən sənətçinin paylaşımları dünyanın müxtəlif yerlərindən gələn müsbət şərhlər və dəstək mesajları diqqət çəkib.
Məşhur müğənni zəlzələdən zərərçəkənlərə yemək payladı
13
fevral
12:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat