"50 gün ərzində bütün dünyanın gözü qarşısında Qəzzanı yandırıb dağıdıblar. 35 mindən çox fələstinli qardaşımız yaralanıb. Qəzzada binaların üçdə ikisi dağıdılıb və ya istifadəyə yararsız hala düşüb. Səhiyyə və təhsil infrastrukturu da tamamilə dağılıb".
Bunu Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının həftəlik qrup toplantısında deyib. 
O, İsrailin baş naziri Benyamin Netanyahunu “Qəzza qəssabı” adlandırıb.   
"Netanyahu artıq “Qəzza qəssabı” kimi tanınır. İsrail administrasiyasını beynəlxalq hüquq, eləcə də insan vicdanı qarşısında cavabdeh etmək üçün bütün mümkün vasitələrə çalışacağıq", - deyə Türkiyə Iideri qeyd edib. 


скачать dle 12.1